Dünya çempionatında daha 4 güləşçimizin rəqibi müəyyənləşdi


İdman 18 Sen 2019 15:11:00 302 0

Dünya çempionatında daha 4 güləşçimizin rəqibi müəyyənləşdi

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Altıncı yarış günündə qadın güləşində 62 və 68, sərbəst güləşdə isə 57 və 65 kq-da mübarizəyə start veriləcək. Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib.

Qadın güləşi

62 kq

1/16 final - Elmira Qəmbərova - Krişta Tunda İnçe (ROU)

68 kq

1/16 final - İrina Netreba - Yuvette Zie (BUR)

Sərbəst güləş

57 kq

Təsnifat - Mahir Əmiraslanov - Ulukbek Joldoşbekov (KGZ)

65 kq

Təsnifat - Hacı Əliyev - Hacımurad Rəşidov (RUS)