"Mənim bu səviyyəyə çatmağımda Messinin böyük rolu olub" - Ronaldo


İdman 18 Sen 2019 11:24:00 264 0

"Mənim bu səviyyəyə çatmağımda Messinin böyük rolu olub" - Ronaldo

Juventus-un hücumçusu Kriştiano Ronaldo Pirs Morqan adlı jurnalistə verdiyi müsahibədə Lionel Messi haqda da danışıb.

Goal.az xəbər verir ki, portuqaliyalı futbolçu bildirib ki, Messi ilə dost olmasalar da, bir-birilərinə güclü olmaqda kömək olublar.

"UEFA-nın mükafatlandırma mərasimində Messi haqda dediklərim çoxunu təəccübləndirdi. Biz dost olmasaq da, artıq 15 ildir bir səhnəni bölüşürük. Bizim yaxşı münasibətimiz var. Mənim bu səviyyəyə çatmağımda Messinin böyük rolu olub. Həmçinin, mən də Messiyə güclü olmağa kömək olmuşam" - deyə Ronaldo vurğulayıb.

Daha sonra jurnalist Ronaldoya "qarşılaşdığınız ən güclü futbolçu?" sualını verib. Ronaldo isə bunun şüphəsiz Messi olduğunu deyib.

Həmin müsahibənin videosunu təqdim edirik: