Barcelona-nın futbolçusunun evi qarət olundu


İdman 16 Sen 2019 16:50:00 288 0

Barcelona-nın futbolçusunun evi qarət olundu

İspaniya Barcelona-ının futbolçusu Samuel Umtitinin evi qarət olunub.

Goal.az "La Vanguardia"ya istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin evi La Liqanın IV turunda Valencia ilə matç zamanı soyulub. Fransalı oyunçu qarşılaşmada iştirak etməsə də, stadionda olub.

Umtitinin evinin qapısının açıq olduğunu görən qonşular polisə zəng vurub. Hadisə yerinə gələn polislər oğruların izlərini qeydə alıblar və boş seyf aşkarlayıblar. Şahidlərin sözlərinə görə, ən azı 4 nəfər qarətdə iştirak edib. Futbolçuya dəyən ziyanın məbləği açıqlanmayıb.

Qeyd edək ki, Valencia ilə qarşılaşma Barcelona-nın qələbəsi ilə bitib - 5:2. Daha əvvəl Kataloniya təmsilçisinin sabiq futbolçusu Kevin-Prins Boatenq və Jordi Albanın da evi qarət olunub.