Manchester United Leicester-lə oyuna 3 itki ilə çıxacaq


İdman 13 Sen 2019 15:11:00 310 0

Manchester United Leicester-lə oyuna 3 itki ilə çıxacaq

Manchester United İngiltərə Premyer Liqasının 5-ci turunda Leicester-lə qarşılaşacaq.

Goal.az xəbər verir ki, “qırmızı şeytanlar” sözügedən qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Bu barədə klubun baş məşqçisi Ole-Qunnar Sulşer klubun saytına açıqlamasında deyib. Norveçli mütəxəssis, səhhətində problemlər olan Luk Şou, Antonio Marsial və Pol Poqbanın Leicester-lə qarşılaşmada iştirak etməyəcəyini bildirib.

Sabah keçiriləcək Manchester United – Leicester matçı saat 18:00-da start götürəcək.