Serbiya millisi voleybol üzrə Avropa çempionu oldu


İdman 09 Sen 2019 10:39:00 238 0

Serbiya millisi voleybol üzrə Avropa çempionu oldu

Qadın voleybolçulardan ibarət Serbiya milli komandası Avropa Çempionatının qalibi olub.

Goal.az xəbər verir ki, Ankarada təşkil olunan final oyununda Serbiya millisi Türkiyə yığmasına 3:2 hesabı ilə qalib gəlib.

Bürünc medal uğrunda görüşdə isə İtaliya millisi Polşanı 3:0 hesabı ilə məğlub edib.

Bunulada Serbiya milli komandası ardıcıl ikinci dəfə ümumilikdə isə üçüncü dəfə qitənin ən güclüsü adını qazanıblar.

Azərbaycan millisi isə 1/8 finalda mübarizəni dayandırıb.