"Azərbaycanda bizə çətin olacaq" - Rayan Giqqz


İdman 04 Sen 2019 13:39:00 36 0

"Azərbaycanda bizə çətin olacaq" - Rayan Giqqz

Bunu Uels yığmasının baş məşqçisi Rayan Giqqz deyib. 46 yaşlı mütəxəssis AVRO-2020-nin seçmə mərhələsindəki çıxışlarını dəyərləndirib. Giqqz yarışa uğurlu başlamadıqları üçün Azərbaycan millisi ilə qarşıdakı görüşdə qələbənin qaçılmaz olduğunu vurğulayıb.

"Seçmə mərhələyə qələbə ilə başlasaq da, ardıcıl iki məğlubiyyət aldıq. Halbuki hər iki oyundan xalla ayrıla bilərdik".

O, bununla qrupdakı vəziyyətlərini düzəldəcəklərini düşünür: "İyun ayında futbolçular yorğunluğu tam çıxarmamışdılar. Çünki mövsüm yenicə bitmişdi. Üstəlik, Xorvatiyada dəhşətli isti hava şəraitində oynamalı olduq. Amma bu, yalnız incə detallardı. Bir az da bəxtimiz gətirmədi. Xorvatiya və Macarıstanla matçlarda istədiyimiz hücumları edə bilmədik. Futbolçularımın potensialına inanıram. İndi Azərbaycanla qarşıdakı oyunda mütləq qələbə qazanmalıyıq. Gələn ay isə Slovakiya ilə səfərdə, Xorvatiya ilə də evdə üz-üzə gələcəyik. Azərbaycana qalib gəlməklə, həmin matçlara daha yüksək motivasiyada hazırlaşa bilərik. Hələ də ümidimizi itirməmişik".

Giqqz qrupun qalan oyunları barədə də fikir bildirib. O, Azərbaycanla səfər matçından ehtiyatlandığını etiraf edib: "Bizim evdə 3 oyunumuz olacaq. Ancaq səfər matçlarını da unutmaq olmaz. Xüsusən də, uzaq səfər olan Slovakiya və Azərbaycanla görüşləri qeyd edərdim. Onların meydanında bizə çətin olacaq. Əsl rəqabətli qrupdu. Qrupda məğlub olmayan komanda yoxdu. Hamı bir-birinə üstünlük əldə edə bilər. Macarıstanın layiqli rəqib olduğunu əvvəldən bilirdim. Ancaq onların bu cür startı məni təəccübləndirdi. Slovakiya isə səfərdə Azərbaycan üzərində 5:1 hesablı qələbə qazandı və bu iki komanda ilk iki pillədə yer alıb. Bizim üçün yaxşı məqam odu ki, yenə komandalar bir-birilərini büdrədəcəklər" (matc.az).

Bakının 2 küçəsində rənglənmə işləri aparılacaq like
  • 04 Sen 13:37  
Digərləri Bakının 2 küçəsində rənglənmə işləri aparılacaq

Səbail rayonu, Əziz Əliyev küçəsində və Yasamal rayonu, Əsəd Əhmədov

arrow Ətraflı
Zərdab və Ağdaş sakinlərindən ov tüfəngi götürülüb like
  • 04 Sen 13:32  
Digərləri Zərdab və Ağdaş sakinlərindən ov tüfəngi götürülüb

Zərdab və Ağdaş sakinlərindən ov tüfəngi götürülüb

arrow Ətraflı
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri məlum oldu like
  • 04 Sen 13:30  
Digərləri Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri məlum oldu

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri mə

arrow Ətraflı
TÜRKSOY-un Gənclər Kamera Orkestri Bakıda çıxış edəcək (FOTO) like
  • 04 Sen 13:26  
Digərləri TÜRKSOY-un Gənclər Kamera Orkestri Bakıda çıxış edəcək (FOTO)

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Gənclər Kamera O

arrow Ətraflı
“Alan olsa, ərə gedəcəm” like
  • 04 Sen 13:21  
Şou-biznes “Alan olsa, ərə gedəcəm”

Aparıcı Zümrüd Bədəlova İnstaqram "Story"də tamaşaçıların

arrow Ətraflı
SOCAR AQŞ "Qərbi Abşeron" yatağında qazma layihələrini uğurla həyata keçirir like
  • 04 Sen 13:15  
Digərləri SOCAR AQŞ "Qərbi Abşeron" yatağında qazma layihələrini uğurla həyata keçirir

Kompleks qazma və quyu xidmətləri göstərən SOCAR AQŞ bu günlərdə "

arrow Ətraflı
Bakıda şagirdlərə dərsliklər paylanılır  FOTO like
  • 04 Sen 13:12  
Digərləri Bakıda şagirdlərə dərsliklər paylanılır FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məkt

arrow Ətraflı
9 yaşlı qızla NİKAH LƏĞV EDİLSİN like
  • 04 Sen 13:08  
Dünya 9 yaşlı qızla NİKAH LƏĞV EDİLSİN

İran hakimiyyəti 9 yaşlı qızla 28 yaşlı oğlanın nikaha girməsinə mün

arrow Ətraflı
Yarıtmaz fəaliyyətin acı nəticələrini özgələrə yükləmək cəhdi... like
  • 04 Sen 13:06  
Siyasət Yarıtmaz fəaliyyətin acı nəticələrini özgələrə yükləmək cəhdi...

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə kö

arrow Ətraflı