Anton Krivotsyuk Sumqayıt-la oyundakı hərəkətinə görə üzr istədi


İdman 02 Sen 2019 12:29:00 231 0

Anton Krivotsyuk Sumqayıt-la oyundakı hərəkətinə görə üzr istədi

Goal.az xəbər verir ki, gənc müdafiəçi bununla bağlı "İnstagram" hesabında üzrxahlıq mətni yazıb:

Neftçi-nin futbolçusu Anton Krivotsyuk Premyer Liqanın III turunda Sumqayıt-la matçın sonlarında etdiyi hərəkətə görə üzr istəyib.

"Bütün azarkeşlərdən və rəqib komandaya aiddiyatı olan insanlardan üzr istəyirəm. Qoldan sonra bunu həddən artıq qeyd etməyimə görə üzrxahlıq edirəm. Biz hamımız insananıq, emosiyalarımız var. Ancaq xahiş edirəm ki, rəqibin futbolçularının və ya məşqçilər korpusunun ünvanına hansısa sözləri deməyimlə bağlı insanlara yalan informasiyanı çatdırmayın. Videoyazı var, orda dəqiq görünür ki, qoldan sonra nə baş verdi. Qolun qeyd olunması vardı, söz yox. Özümü əldən buraxdım və buna müvafiq olaraq cəzalandırılacağam".

Xatırladaq ki, qarşılaşmaya əlavə olunmuş dəqiqələrdə Neftçi qələbə topunu vurub. Sumqayıt-ın kapitanı Vurğun Hüseynov qol sevincini qeyri-etik jestlə edən Anton Krivotsyukun üzərinə gedərək onun başına şillə vurub. Nəticədə Anton ikinci sarı vərəqə, Vurğun isə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Sumqayıt-ın baş məşqçisi Ayxan Abbasov oyun sonrası verdiyi açıqlamada "Antonun söyüşünə görə Azərbaycanda adam öldürürlər" demişdi.