Qarabağ-ın rəqibi hücumçu transfer etdi


İdman 02 Sen 2019 11:17:00 289 0

Qarabağ-ın rəqibi hücumçu transfer etdi

UEFA Avropa Liqasında Qarabağ-la eyni qrupda yer alan İspaniyanın Sevilla klubu Meksika yığmasının futbolçusu Xavyer Hernandesin keçidini həll edib.

Goal.az xəbər verir ki, 31 yaşlı hücumçu tibbi baxışdan keçmək üçün Andalusiya təmsilçisinin düşərgəsinə gəlib. “Çiçarito” ləqəbli forvardın səhhətində heç bir problem aşkarlanmayacağı təqdirdə, Sevilla onun məxsus olduğu İngiltərənin West Ham klubuna 9 milyon avro ödəyəcək.

West Ham Hernandesi 2017-ci ildə Almaniyanın Bayer Leverkusen klubundan 17,8 milyon avroya alıb. Onun klubu ilə 2020-ci ilin iyulunadək müqaviləsi var. Meksikalı forvard karyerası ərzində İngiltərənin Mançester United və İspaniyanın Real Madrid klublarının da formasını geyinib.

Qeyd edək ki, Qarabağ qrup mərhələsində ilk oyununu sentyabrın 19-da Bakıda Sevilla-ya qarşı keçirəcək.