Ramin Musayev: "Qarabağ-la Neftçi üçün vaxt gözləməyə ehtiyac yoxdur"


İdman 02 Sen 2019 10:29:00 62 0

Ramin Musayev: "Qarabağ-la Neftçi üçün vaxt gözləməyə ehtiyac yoxdur"

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Prenyer Liqasında III turun "Səbail" - "Qarabağ" matçından (0:4) sonra brifinq keçirib.

- "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki şanslarını necə dəyərləndirirsiniz?

- Yaxşı olacağına inanıram. Qorxduğumuz yalnız "Sevilla"dır. O biri rəqiblərdən çəkinmirik. Nəsə etmək olar.

- Konkret nə?

- "Sevilla"dan ən azı 1 xal almaq olar (gülür). Niyə də yox?!

"Neftçi" - "Sumqayıt" matçında baş verənlərdən məlumatınız varmı? Varsa, olanları necə şərh edərdiniz?

- Hər şeydən məlumatım var. Gələn həftənin çərşənbə günü hər şeyi, yekun nəticəni biləcəksiniz.

- Şəxsi fikriniz nədir?

- Olmamalı idi. Olubsa, buna cavab olmalıdır. Xoşagəlməz hadisə məşqçinin baş məşqçiyə əl qaldırmasıdır. Futbolda qalan hər şey olur - hakim də, futbolçu da, məşqçi səhvi də. Ancaq həmkarın həmkara əl qaldırması məncə, qeyri-etikdir. Belə olmamalıdır, baş verməsi düzgün deyil.

- İlk 3 turu necə dəyərləndirirsiniz və çempionatın səviyyəsi sizi qane edirmi?

- Cəmi 3 turla çempionatın səviyyəsi bilinməz. Bu, 5-6 turla bilinər. Bu dəqiqə komandalar istirahətdən qayıdıblar. İndi baş məşqçilər öz fikirlərini, taktikalarını yeridə bilməz. Futbolçular dincəlməkdən yeni gəliblər. Sözsüz ki, avrokuboklarda çıxış edən "Qarabağ"la "Neftçi" üçün vaxt gözləməyə ehtiyac yoxdur. Ancaq digər komandalar üçün vaxt lazımdır.

- "Qarabağ"ın 4:0 hesablı səfər qələbəsinə sevindiniz, yoxsa "Səbail"in  məğlubiyyətinə məyus oldunuz?

- Məyus olmalı bir şey yoxdur. Çünki "Qarabağ" futbolda artıq öz sözünü demiş komandadır. Belə götürsək, hər iki komandanın vəziyyətini nəzərə almalıyıq. Deyəcəksiniz, Ramin müəllim yenə "Səbail"i tərifləyir, ancaq 0:4 uduzsa da, gənc futbolçularla da olsa, oyun göstərdi.

- "Neftçi" ilə azarkeşlər arasında yenə qalmaqal yaşandı. Azarkeşlər stadiondan çıxarılacaqsa, oyuna kim baxacaq?

- Televizorda oyuna baxırdıq da. Deyirsiniz ki, az qala stadiondan çıxarırlar. Həmişə azarkeşlərin tərəfində olmuşam. Onlara kömək də etmişəm, yardım da. Bir problem yaşananda onların yanında olmuşam. Ancaq söyüşün əleyhinəyəm, olmaz. Heç kimi təhqir etmək, qəlbinə dəymək olmaz. Ayıbdır.

- Sponsor məsələsi hələ də açıq qalır?

- Həll olunmalıdır. Ötən gün də saat 2 radələrində danışmışıq. İnanıram ki, tezliklə həll olunacaq. İki namizəd var. Hər ikisi də əcnəbi şirkətdir.

Beren Saatın xəyanət VİDEOsu  FOTO like
  • 02 Sen 10:25  
Digərləri Beren Saatın xəyanət VİDEOsu FOTO

Xəyanət iddiası ilə gündəmə gələn aktrisa Beren Saatın paylaşımı di

arrow Ətraflı
Fransa aeroportlarında ləngimələr olub  SƏBƏB like
  • 02 Sen 10:21  
Dünya Fransa aeroportlarında ləngimələr olub SƏBƏB

Fransa aeroportlarında aviareyslərdə ləngimələr baş verib.

arrow Ətraflı
Maykl Ceksondan "bakirsən?" sualına qəribə reaksiya like
  • 02 Sen 10:16  
Digərləri Maykl Ceksondan "bakirsən?" sualına qəribə reaksiya

Marlon Brando Maykl Ceksonun uşaqlara qarşı zorakılığından şübhələnib

arrow Ətraflı
İki gün ərzində yol qəzalarında 7 nəfər ölüb like
  • 02 Sen 10:12  
Digərləri İki gün ərzində yol qəzalarında 7 nəfər ölüb

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nət

arrow Ətraflı
Azərbaycandan köçüb Amerikada yaşayan məşhurlar  FOTO like
  • 02 Sen 10:12  
Şou-biznes Azərbaycandan köçüb Amerikada yaşayan məşhurlar FOTO

Azərbaycanın bir çox tanınmış məşhuru öz həyatını okeanın o tayınd

arrow Ətraflı
Rəhim Həsənov Avropa çempionatına təyinat aldı like
  • 02 Sen 10:09  
İdman Rəhim Həsənov Avropa çempionatına təyinat aldı

FIFA referisi Rəhim Həsənov və FIFA referi köməkçisi C

arrow Ətraflı
1 milyon 350 min insanın əməkhaqqı artırılıb like
  • 02 Sen 10:07  
Digərləri 1 milyon 350 min insanın əməkhaqqı artırılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2019-cu il tar

arrow Ətraflı
SOS! Nüvə müharibəsi qaçılmazdır, əgər... like
  • 02 Sen 10:05  
Digərləri SOS! Nüvə müharibəsi qaçılmazdır, əgər...

Nüvə zərbəsinin endirilməsi barədə qərarın qəbul edilməsi zamanı hə

arrow Ətraflı
Cəbhədən YENİ XƏBƏR like
  • 02 Sen 10:03  
Siyasət Cəbhədən YENİ XƏBƏR

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Növbəti Alman-Azərbaycan Biznes Forumu sentyabrda Bakıda keçiriləcək like
  • 02 Sen 10:00  
Digərləri Növbəti Alman-Azərbaycan Biznes Forumu sentyabrda Bakıda keçiriləcək

"Sənaye və İnfrastrukturun Modernləşdirilməsi" mövzusuna həsr olunmuş A

arrow Ətraflı
Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başa çatır like
  • 02 Sen 09:58  
Digərləri Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başa çatır

Bu gün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssis

arrow Ətraflı
Bakı və Ağdamın bəzi ərazilərində qaz olmayacaq like
  • 02 Sen 09:55  
Digərləri Bakı və Ağdamın bəzi ərazilərində qaz olmayacaq

Orta təzyiqli yeraltı qaz xətti üzərində quraşdırılmış siyirtmənin a

arrow Ətraflı
Azərbaycanlı aşıq ərəb turist üçün görün nə oxudu...  VİDEO like
  • 02 Sen 09:54  
Digərləri Azərbaycanlı aşıq ərəb turist üçün görün nə oxudu... VİDEO

Hamıya məlumdur ki, Azərbaycanın bir çox bölgələrində ərəb turistlər

arrow Ətraflı
Ali məktəblərin boş qalan yerlərinə qeydiyyat bu gün başa çatır like
  • 02 Sen 09:52  
Digərləri Ali məktəblərin boş qalan yerlərinə qeydiyyat bu gün başa çatır

Azərbaycan Respublikası ali təhsil müəssisələrinin boş qalan plan yerlə

arrow Ətraflı