Qarabağ - Linfield matçına neçə bilet satılıb


İdman 29 Avq 2019 13:20:00 281 0

Qarabağ - Linfield matçına neçə bilet satılıb

Qarabağ-ın UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda Şimali İrlandiyanın Linfield komandasına qarşı keçirəcəyi oyun üçün bilet satışı davam edir.

Goal.az klubun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, hələlik 13 min bilet satılıb. Oyun üçün ən ucuz bilet 2 manatdır.

Satışda 5 manat, 10 manat və VİP sektor üçün 50 manatlıq biletlər də var. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək olar.

Qeyd edək ki, bu gün 31200 nəfər azarkeş tutumuna malik Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Belfastdakı ilk matçda Linfield 3:2 hesabı ilə qalib gəlib.