Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılır


İdman 29 Avq 2019 10:43:00 231 0

Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılır

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq.

Goal.az xəbər verir ki, Monakoda təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. 

Püşkatma 32 komandanın iştirakı ilə keçiriləcək. Onlar 4 səbətə bölünüblər. İlk səbətdə Çempionlar Liqası və Avropa Liqasının son qalibləri, eləcə də yüksək reytinqli 6 ölkənin çempionları yer alıb. Digər 3 səbətə isə klublar reytinqlərinə əsasən bölünüblər.  Qaydalara görə, 8 qrupun heç birində eyni ölkənin iki komandası yer ala bilməz.

1-ci səbət:

Liverpool (İngiltərə, son qalib)

Chelsea (İngiltərə, Avropa Liqasının qalibi)

Barcelona (İspaniya)

Manchester City (İngiltərə)

Juventus (İtaliya)

Bayern Munich (Almaniya)

PSG (Fransa)

Zenit (Rusiya)

2-ci səbət: Real Madrid (İspaniya)

Atletico (Madrid, İspaniya)

Borussia (Dortmund, Almaniya)

Napoli (İtaliya)

Shakhtar (Donetsk, Ukrayna)

Tottenham (İngiltərə)

Ajax (Hollandiya)

Benfica (Portuqaliya)

3-cü səbət: 

Lyon (Fransa)

Bayer (Leverkuzen, Almaniya)

Salzburg (Avstriya)

Olympiacos (Yunanıstan)

Brügge (Belçika)

Valencia (İspaniya)

İnter (İtaliya)

Dinamo (Zaqreb, Xorvatiya)

4-cü səbət: 

Lokomotiv (Moskva, Rusiya)

Genk (Belçika) 

Galatasaray (Türkiyə)

Leipzig (Almaniya)

Slavia (Praqa, Çexiya)

Crvena Zvezda (Serbiya)

Atalanta (İtaliya)

Lille (Fransa)

Tədbir zamanı İlin kişi və qadın futbolçusu, 2018/2019 mövsümündə Çempionlar Liqasının ən yaxşı qapıçı, müdafiəçi, yarımmüdafiəçi və hücumçusu da açıqlanacaq.

Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin oyunları 17/18 sentyabr, 1/2 oktyabr, 22/23 oktyabr, 5/6 noyabr, 26/27 oktyabr və 10/11 dekabrda keçiriləcək.