33 oyunluq qələbə həsrəti


İdman 28 Avq 2019 15:49:00 241 0

33 oyunluq qələbə həsrəti

Meksikanın Veracrus komandası anti-rekorda imza atıb.

Goal.az xəbər verir ki, Veracrus şəhərinin eyniadlı təmsilçisi ölkə çempionatının VII turunda evdə Keretaro-ya 0:5 hesabı ilə uduzmaqla, futbol tarixində ən uzun müddət qələbə qazana bilməyən komandaya çevrilib.

Bu klub 33 matçdır qalibiyyətə həsrətdir. Veracrus 25 avqust 2018-ci ildən bəri 25 görüşdə uduzduğu halda, 8 dəfə heç-heçə edib.

Qeyd edək ki, bunadək İngiltərənin Derby komandası ardıcıl 32 oyunda qələbə qazana bilməmişdi.