Bayern Munich-dən Fransa klubuna keçdi


İdman 23 Avq 2019 17:44:00 247 0

Bayern Munich-dən Fransa klubuna keçdi

Bayern Munich-in yarımmüdafiəçisi Renatu Sanşeş Lille-ə keçir.

Yaxın saatlarda Sanşeşin tibbi müayinədən keçəcəyi və Lille klubunda 5 illik müqaviləyə imza atacağı bildirilir. Transfer fransız klubuna 20 milyon avroya başa gələcək. Bu, Lille üçün rekord məbləğdir.

2018-19 mövsümündə portuqaliyalı futbolçu Bundesliqada 17 matçda meydana çıxıb və 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.