Chelsea futbolçusunu icarəyə verdi


İdman 21 Avq 2019 15:12:00 223 0

Chelsea futbolçusunu icarəyə verdi

Chelsea futbolçusu Davide Zappakostanı icarəyə verib.

Goal.az-ın məlumatına görə, 27 yaşlı cinah müdafiəçisi bir il ərzində İtaliyanın Roma kollektivində çıxış edəcək. İtaliyalı oyunçu artıq yeni klubunda tibbi müayinədən də keçib.

Qeyd edək ki, Zappakosta 2017-ci ildən Chelsea-nin formasını geyinir. O, bu il London təmsilçisinin heyətində finalı Bakı Olimpiya Stadionunda reallaşan Avropa Liqasının qalibi olub. Həmin görüşdə Chelsea İngiltərənin digər klubu Arsenal-ı 4:1 hesabı ilə üstələyib.