Foqts Koutinyonu ulduz hesab etmir


İdman 21 Avq 2019 13:17:00 268 0

Foqts Koutinyonu ulduz hesab etmir

Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts Barcelona-nın yarımmüdafiəçisi Filipp Koutinyonun Bayern Munich-ə keçidini dəyərləndirib.

Goal.az-ın Almaniya mətbuatına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis "sambaçı" barədə ümidli danışmayıb.

Foqts Braziliya millisinin üzvünün ulduz futbolçu olmadığını düşünür: "İlk baxışdan Koutinyonun icarəyə götürülməsi Bayern Munich üçün çox şey kimi görünür. Ancaq sual vermək istəyirəm: 27 yaşlı futbolçu Barcelona kimi dünya nəhəngini niyə tərk etsin? Çünki orda heç bir ümidi qalmayıb. Bəlkə də, Koutinyo ulduz futbolçu deyil və yeni mövsümdə Barcelona-da ehtiyatda qalacaqdı. Bu hal iki il əvvəl Real-dan Bayern Munich-ə keçən Hames Rodrigesdə də yaşanmışdı. Ümid edirəm ki, Koutinyo Bayern Munich-ə xeyir verəcək və inkişaf etməyi bacaracaq".