Neymarın Barcelona-ya keçidi reallaşmaq üzrədir


İdman 21 Avq 2019 10:40:00 245 0

Neymarın Barcelona-ya keçidi reallaşmaq üzrədir

Barcelona sabiq futbolçusu Neymarı geri qaytarmaq üzrədir.

Goal.az RAC1 radiosuna istinadən xəbər verir ki, keçid hələ rəsmiləşməsə də kataloniyalılar Fransa təmsilçisi PSG ilə böyük ölçüdə razılıq əldə ediblər. Transferin detalları barədə məlumat verilmir.

Hətta, Barcelona-nın satış üçün 27 yaşlı braziliyalı hücumçunun formalarını sifariş etdiyi bildirilir.

Xatırladaq ki, Neymar 2 il əvvəl Barcelona-dan PSG-yə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Paris klubu ilə 2022-ci ilədək müqaviləsi var.