Poçettino Tottenham-in prezidentini tənqid etdi


İdman 19 Avq 2019 17:32:00 268 0

Poçettino Tottenham-in prezidentini tənqid etdi

Tottenham-in baş məşqçisi Mauritsio Poçettino İngiltərədə "transfer pəncərəsi"nin mövsüm başlamamış bağlanmasına qarşıdır.

Goal.az xəbər verir ki, argentinalı mütəxəssis bununla bağlı narahatlığını dilə gətirib: “İngiltərə Premyer Liqasında "transfer pəncərəsi"nin erkən bağlanmasına əvvəldən qarşı olmuşam. Sonradan hamı bunun xeyir verəcəyini deyirdi. Ancaq düşünürəm ki, Levi də daxil olmaqla, bütün klub rəhbərləri bunun böyük səhv olduğunu başa düşdülər. Ümid edirəm ki, bu problemi gələn mövsüm həll edəcəyik. Digər Avropa ölkələrində olduğu kimi, "transfer pəncərəsi"nin əvvəlki şərtlərinə qayıtmalıyıq. Avropa Liqasında və ya Çempionlar Liqasında oynayırsınızsa, bu, xüsusilə vacibdir".

İngiltərədə "transfer pəncərəsi" avqustun 9-da bağlanıb.