Məşhur rus qəzeti Ramili tənqid etdi


İdman 19 Avq 2019 16:44:00 216 0

Məşhur rus qəzeti Ramili tənqid etdi

Rusiyanın məşhur “Sport-ekspress” qəzeti millimizin və Moskva Dinamo-sunun hücumçusu Ramil Şeydayevi tənqid edib.

Premyer Liqanın 6-cı turunun Dinamo – Lokomotiv matçı (1:2) ilə bağlı yazıda qeyd edilib ki, Şeydayevə tükənməz inam olsa da, onun geridə qalan 6 oyunda rəqib qapısı qarşısında təhlükəli vəziyyət yaratdığını xatırlamaq çətindir.

“Yalnız Spartak-la matçda onun 20 metrlikdən vurduğu zərbə dirəyə dəydi. Digər yaddaqalan vəziyyətləri isə başqaları yaradıb. Ramilin isə belə imkanları olmayıb. Demək olmaz ki, onun alternativləri yoxdur. Həmin Nji hücumda özünün sürətli oyununu göstərə bilərdi. Yaxud sol cinahda Joazinyonu görə bilərdik. Qrulyev 15 dəqiqəlik oyunu ilə Şeydayevin 90 dəqiqə meydanda olmağından daha faydalıdır. Bundan başqa Pançenko və Filipp kimi oyunçular var. Onlar yəqin ki, hücumda azərbaycanlıdan daha təhlükəli olardılar” – deyə yazıda qeyd edilib.