Futbolçu ağır xəstəliyə görə 6 ay oynaya bilməyəcək


İdman 16 Avq 2019 16:43:00 252 0

Futbolçu ağır xəstəliyə görə 6 ay oynaya bilməyəcək

İsveçrənin Basel klubunun futbolçusu Rikki van Volfsvinkel ağır xəstəliyə tutulub.

Goal.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı hücumçuda aorta damarının genişlənməsi aşkarlanıb. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin LAKS (Avstriya) klubu ilə oyununda (1:2) başından zədə alan Rikkiyə, tibbi müayinədən sonra aorta anevrizması diaqnozu qoyulub.

Holland futbolçunun ən az 6 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Karyerası ərzində Norviç, Betis, Saint-Etienne kimi klublarda forma geyinən Rikki, 2 dəfə də Hollandiya millisinin uğurları üçün çalışıb.