Qarabağ-ın legioneri Fransa klubuna keçməyə yaxındır


İdman 16 Avq 2019 10:49:00 279 0

Qarabağ-ın legioneri Fransa klubuna keçməyə yaxındır

Qarabağ-ın futbolçusu Abdullah Zubir klubu tərk edə bilər.

Goal.az “Le Telegramme” portalına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin xidmətində ötən mövsüm Fransada Liqa 1-i tərk edən Guingamp maraqlıdır. Zubirin transferini reallaşdırmaq üçün klub prezidenti Bertrand Desplat və menecer Stefan Karnonun hazırda Bakıda olduğu bildirilir.

Qeyd edək ki, Mərakeş əsilli fransalı futbolçunun Qarabağ-la müqaviləsi 2020-ci ilin iyuluna qədərdir.