"Mahiri burda görmək istəyirik" - Estremadura-nın idman direktoru


İdman 07 Avq 2019 14:43:00 242 0

"Mahiri burda görmək istəyirik" - Estremadura-nın idman direktoru

Estremadura-nın idman direktoru Lopes Ramos Qarabağ-ın hücumçusu Mahir Emreli ilə bağlı yerli mətbuata danışıb.

Goal.az xəbər verir ki, klub rəsmisi milli komandamızın üzvü ilə danışıqların davam etdiyini söyləyib. O, Qarabağ-ın avrokuboklarda mübarizə aparmasının işlərini çətinləşdirdiyini vurğulayıb: "Mahir Emreli hamımızın bəyəndiyi futbolçudur. İdman menecmenti, rəhbər heyət və məşqçilər korpusu onu burda görmək istəyir. Ancaq burda incə bir məqam var, Mahir hazırkı klubu ilə avrokubokda mübarizə aparır. Danışıqların əsas iştirakçısı olduğumuzu bilirik. Amma səbrli olmalıyıq".

Qeyd edək ki, Mahir Emreli La Liqa-2-nin digər klubları Malaga və Almeria-nın da maraq dairəsindədir.