Azərbaycan UEFA reytinqində xalını 2-yə çatdırdı


İdman 07 Avq 2019 12:15:00 265 0

Azərbaycan UEFA reytinqində xalını 2-yə çatdırdı

Avrokuboklarda III təsnifat mərhələsi çərçivəəsində Çempionlar Liqasında 5, Avropa Liqasında 3 görüş baş tutub.

Goal.az xəbər verir ki, keçirilən oyunlardan sonra ölkələrin UEFA reytinqi açıqlanıb və bəzi yerdəyişmələr qeydə alınıb.

Azərbaycanın mövqeyi dəyişməsə də xal hesabı artıb. Çempionlar Liqasında Kipr APOEL-i üzərində səfər qələbəsi qazanan (2:1) Qarabağ ölkəmizin aktivinə daha 0,250 xal yazdırıb. Bununla cari mövsümün qazancı 2 xala çatıb.

Son 5 mövsümün nəticələrinə əsasən reytinq xalımız 17,325-ə yüksəlib ki, 25-ci pillədəki Qazaxıstanla aradakı fərq 0,625 xala enib.