Argentinalı forvard Fransa klubuna keçdi


İdman 06 Avq 2019 12:36:00 209 0

Argentinalı forvard Fransa klubuna keçdi

Fransanın Olympique (Marsel) klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa 1 nəhəngi Argentinanın Boca Juniors klubunun hücumçusu Dario Benedettonu transfer edib.  29 yaşlı argentinalı forvardla 4 illik müqavilə imzalanıb.

Fransa təmsilçisi bu transfer qarşılığında Boca Juniors-a 16 milyon avro təzminat ödəyib.

Benedetto karyerası ərzində Club Tijuana, America, Arsenal (Sarandi), GimnasiaDefence klublarında da çıxış edib. Son 3 ili Boca Juniors-da keçirən argentinalı forvard bu komandada 63 oyuna 39 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Dario Argentina yığmasında 5 oyuna çıxıb.