Güləş yığmamız dünya ikincisi oldu


İdman 05 Avq 2019 10:31:00 212 0

Güləş yığmamız dünya ikincisi oldu

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatına yekun vurulub.

Goal.az xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası ümumi komanda hesabında ikinci yeri tutub.

Sofiyaya yollanan 8 güləşçidən 5-i fəxri kürsüyə qalxıb. Nihat Məmmədli(55 kq) və Laçın Vəliyev (92 kq) dünya çempionu olub. Ziya Babaşovla(48 kq) Elmir Əliyev (51 kq) gümüş, Fərid Sadıxlı (45 kq) isə bürüncmedal qazanıb.

Beləliklə, 123 xal toplayan Azərbaycan millisi yalnız 148 xalı olanİrandan geri qalıb. Rusiya isə 99 xalla üçüncü yeri tutub.

Qeyd edək ki, daha iki medalı sərbəst güləşçilər əldə edib. Cəbrayıl Hacıyev (65 kq) qızıl, Murad Haqverdiyev (45 kq) bürünc medala sahib olub.