Zidan tənqidləri cavabsız qoymadı: "Beylə "lazımsız" deməmişəm"


İdman 23 İyl 2019 13:34:00 291 0

Zidan tənqidləri cavabsız qoymadı: "Beylə "lazımsız" deməmişəm"

Real-ın baş məşqçisi Zinəddin Zidan Qaret beylin gedəcəyi barədə açıqlamasına və yarımmüdafiəçinin agentinin bu barədə tənqidlərinə münasibət bildirib.

Goal.az xəbər verir ki, fransız mütəxəssis ittihamlarla razılaşmır:

"Əvvəla, mən heç kim barəsində "lazımsızdır" ifadəsini işlətməmişəm. Xüsusilə də, futbolçu barədə. Mən həmişə demişəm "klubda ən vacib olan oyunçulardır, mən həmişə onların tərəfindəyəm".

İkincisi, mən demişəm ki, klub onunla yolları ayırır (mən yox). Nöqtə.

Üçüncüsü, Qaret Beyl Bayern Munich-lə oyunda iştirak etmədi, çünki istəmədi. O klubla ayrılacağı barədə danışıqlar getdiyi üçün meydana çıxmaq istəmədi. Arsenal-la oyunda iştirak edib-etməyəcəyi barədə hələ heç nə deməyib.

Bu gün dəyişən nəsə yoxdur. O klubla birgə məşq edir, klub etməli olduğu öhdəlikləri yerinə yetirir. Sabah necə olacaını isə görəcəyik".

Daha əvvəl Beylin PSG və ya Çin klublarından birinə keçəcəyi barədə məlumatlar yayılıb.