La Liqa klubları transfer rekorduna imza atdı


İdman 17 İyl 2019 14:35:00 302 0

La Liqa klubları transfer rekorduna imza atdı

La Liqa klubları transferlərə ilk dəfə 1 milyard avrodan çox pul xərcləyərək rekord imza atıblar.

Goal.az xəbər verir ki, La Liqa təmsilçiləri indiyə kimi heç vaxt transferlərə bu qədər məbləğ ödəməyiblər. Bildirilir ki, Real, BarcelonaAtletico ən çox pul xərcləyən La Liqa klublarıdır.

Eden Hazard, Eder Militao, Ferland Mendi, Luka Yoviç, Rodriqo üçün ümumilikdə 303 milyon avro ödəyən Real hazırda transferlərə ən çox pul verən klubdur. Kataloniya təmsilçisi isə Antuan Qrizmann, Frenk De Yonq, Norberto Murara, Emerson de Souza və Ludovit Reis üçün ümumilikdə 230 milyon 500 min avro xərcləyib.

Atletico-ya gəlincə, Madrid klubu Benfica-dan aldığı Joao Feliks üçün 126 milyon avro ödəyərək inidə kimi La Liqa tarixinin ən bahalı transferini gerçəkləşdirib. Komanda ümumilikdə 206 milyon 500 min avro verərək Felipe Monteyro, Markos Lorente, Renan Lodi,İvan Saponmyiçi transfer edib.

Bundan başqa, Avropa futbolunda bu yay edilən ən bahalı 10 transferin 6-sı La Liqa klublarından olub. Joao Feliks (126 milyon avro), Antuan Qrizmann (120 milyon avro) və Eden Hazard (100 milyon) ilk 3-lük-də yer alıb.