Çerışevin Valencia-ya keçidi rəsmiləşdi


İdman 12 İyl 2019 17:35:00 222 0

Çerışevin Valencia-ya keçidi rəsmiləşdi

Villareal-ın futbolçusu Denis Çerışevin Valencia-ya keçidi rəsmiləşib.

Goal.az xəbər verir ki, bu barədə Valencia-nın saytı məlumat yayıb. Rusiya millisinin üzvü ilə 2022-ci ilin iyununa qədər müqavilə imzalanıb. 28 yaşlı yarımmüdafiəçiyə 80 milyon avro təzminat qiyməti qoyulub.

Qeyd edək ki, Madrid Real-ının yetirməsi olan futbolçu üzvü son mövsümü icarə əsasında Valencia-da keçirib. O, “yarasalar”ın heyətində 41 oyuna 4 qol vurub, 5 məhusuldar ötürmə edib.