İnter yeni transferə hazırlaşır


İdman 12 İyl 2019 16:22:00 239 0

İnter yeni transferə hazırlaşır

İtaliya A Seriyasında mübarizə aparan Cagliari-nin yarımmüdafiəçisi İnter-ə transfer olunmağa yaxındır.

Goal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, İnter, Cagliari-nin 22 yaşlı futbolçusu Nikolo Barellanı heyətinə qatır. İtaliyalı futbolçunun bu gün tibbi müayinədən keçiriləcəyi və rəsmi müqaviləyə imza atılacağı gözlənilir.

Barellanın ümumi dəyərinin 45 milyon avro olduğu, amma İnter-in Cagliari-yə bonuslarla birlikdə 50 milyon avro ödəyəcəyi bildirilir.

Keçən mövsüm A seriyasında 35 matç keçirən İtaliya millisinin üzvü, 1 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.