Braziliyalı futbolçu karyerasını bitirdi


İdman 10 İyl 2019 14:00:00 214 0

Braziliyalı futbolçu karyerasını bitirdi

Benfica-da forma geyinən Jonas, futbolçu karyerasını bitirib.

Goal.az xəbər verir ki, bu barədə Portuqaliya təmsilçisinin rəsmi “tvitter” hesabı məlumat yayıb. 35 yaşlı hücumçu bir müddət əvvəl daha bir il futbol oynamaq istədiyini desə də, qərarını dəyişib və karyerasını bitirib.

Jonas 2011-2014-cü illər aralığında Valencia-nın uğurları üçün çalışıb. Jonas, 2014-cü ildən isə Benfica-da çıxış edirdi. O, 12 dəfə formasını geyindiyi Braziliya millisində 3 qol vurub.