Serena Uilyams cərimələndi


İdman 09 İyl 2019 13:37:00 292 0

Serena Uilyams cərimələndi

ABŞ tennisçisi Serena Uilyams cərimələnib.

38 yaşlı idmançının Uimbldon məşq kortunun ot örtüyünü zədələməsi səbəbindən 10 min dollar cərimə ödəməli olacaq. Uilyams turnir başlamadan əvvəl raketkasını korta çırparaq örtüyə ziyan vurub. 

Serena Uilyams Böyük Dəbilqə seriyalı Uimbldon turnirində bu gün həmyerlisi Elison Riskə qarşı 1/4 final görüşünə çıxacaq.

Turnirə iyulun 14-də yekun vurulacaq.