De Liqt Juventus-un təklifini qəbul etdi


İdman 08 İyl 2019 18:00:00 265 0

De Liqt Juventus-un təklifini qəbul etdi

Juventus-un şifahi razılıq əldə etdiyi deyilən Ajax-ın futbolçusu Matteys de Liqtlə bağlı açıqlama verilib.

Goal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun meneceri Mino Rayola, Amsterdam təmsilçisinin qərarını gözlədiklərini bildirib:

“De Liqt Juventus-un təklifini qəbul edib. Futbolçu transferin yekunlaşması üçün Ajax-ın qərarını gözləyir”.

Hollandiyalı futbolçunun “qoca sinyora” ilə ildə 12 milyon avro olmaqla, 5 illik razılığa gəldiyi bildirilir.

Juventus Ajax-a bonuslarla birlikdə 65 milyon avro təklif etsə də, Hollandiya klubu 85 milyon avro tələb edib.