Afrika Millətlər Kubokunda danışılmış oyun ittihamı - qapıçıya rüşvət verilib


İdman 05 İyl 2019 20:30:00 348 0

Afrika Millətlər Kubokunda danışılmış oyun ittihamı - qapıçıya rüşvət verilib

Afrika Millətlər Kubokunda Konqonun Zimbabveni 4:0 hesabı ilə məğlub etdiyi oyunla bağlı gözlənilməz ittiham irəli sürülüb.

Goal.az xəbər verir ki, Madaqaskar mətbuatı Konqonun ən varlı şəxslərindən sayılan və Mazembe klubunun sahibi olan Moyze Katumbinin Zimbabvenin qapıçısı Elvis Çipeseseyə rüşvət verdiyini iddia edib. Katumbinin Elvisə yüksək məbləğdə pul və yüksək məvacibli transfer sözü verdiyi bildirilir.

Katumbinin komandası olan Mazembe-nin iki futbolçusu bir müddət əvvəl Belçikanın Anderlecht klubuna transfer olunub.

Konqo Zimbabeni 4:0 hesabıyla məğlub edərək, Afrika Millətlər Kubokunda ən yaxşı qrup 3-cüsü olaraq 1/8 finala vəsiqə qazanıb.