PSG yeni transferini açıqladı


İdman 02 İyl 2019 12:52:00 320 0

PSG yeni transferini açıqladı

PSG heyətinə yeni futbolçu cəlb edib.

Goal.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Paris təmsilçisi Sevilla-nın yarımmüdafiəçisi Pablo Sarabiyanı alıb. 27 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.

Fransa mətbuatı bu transfer üçün PSG-nin 18 milyon avro təzminat ödədiyini yazıb.

Qeyd edək ki, Sarabiya ötən mövsüm 52 matçda 23 qol vurub, 17 qolun ötürməsini verib.