4 illik müqavilə, həftəlik 300 min funt maaş


İdman 01 İyl 2019 16:28:00 268 0

4 illik müqavilə, həftəlik 300 min funt maaş

Manchester United hücumçusu Markus Reşfordla danışıqları yekunlaşdırır.

Goal.az “The Telegraph”a istinadən xəbər verir ki, 21 yaşlı futbolçu artıq bu gün “qırmızı-şeytanlar”la müqavilə imzalaya bilər.

Yeni müqavilə futbolçunun həftəlik maaşı 300 min funt olmaqla 4 il üçün nəzərdə tutulub. Hazırda Pol Poqba da MU-də bu qədər maaş alır.

Reşforddun qüvvədə olan müqaviləsi 2020-ci ildə başa çatır.