Sabah afrikalı futbolçu ilə müqavilə bağladı


İdman 28 İyn 2019 16:29:00 219 0

Sabah afrikalı futbolçu ilə müqavilə bağladı

Sabah klubu Cənubi Afrika Respublikasından (CAR) olan futbolçusu Hendrik Eksteynin keçidini açıqlayıb.

Goal.az klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt klubu 28 yaşlı yarımmüdafiəçi ilə iki illik müqavilə imzalayıb.

Qeyd edək ki, Hendrik Eksteyn karyerası ərzində yalnız yetirməsi olduğu Kaizer Chiefs klubunun şərəfini qoruyub. O, CAR millisində 2 oyun keçirib. Sabah bu vaxta qədər Cavid Tağıyev, Ruslan Abışov, Kevin Kubemba, Məhəmməd Mirzəbəyov və Amadu Diallo ilə də müqavilə bağlayıb.