Dadaşov Benfica-nın maraq dairəsindədir


İdman 28 İyn 2019 11:50:00 231 0

Dadaşov Benfica-nın maraq dairəsindədir

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla bağlı yeni iddia ortaya atılıb.

Goal.az-ın Almaniya mətbuatına istinadən məlumatına görə, Estoril-in forvardı Benfica-nın maraq dairəsindədir.

Hələ ötən ildən 20 yaşlı forvardı izləyən Lissabon təmsilçisi onu transfer etməyi planlaşdırır. Portuqaliya klubunun rəsmiləri Renatı gələcəyə yatırım kimi görürlər və onu alaraq, yetişdirmək istəyirlər.

Transfer dəyəri 200 min avro kimi dəyərləndirilən Dadaşovu Benfica-nın transfer edərək uzunmüddətli müqavilə bağlayıb, yenidən icarəyə verməsi də istisna edilmir.

Qeyd edək ki, Renat Dadaşovun Estoril-lə müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.