Koutinyo PSG-yə keçmək istəyir


İdman 21 İyn 2019 21:37:00 264 0

Koutinyo PSG-yə keçmək istəyir

Barcelona-nın yarımmüdafiəçisi Filippe Koutinyo kubunu dəyişə bilər.

Goal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, PSG braziliyalı yarımmüdafiəçini transfer etmək istəyir. Kountinyonun da Fransaya köçmək fikrində olduğu bildirilir.

Kataloniya klubunun da Neymarın transferi üçün Koutinyonu satmaq istədiyi iddia edilir.

Koutinyo ötən mövsüm "Barsa"da 54 oyuna 11 qol vurub, 5 məhsuldar ötürmə edib.