Eddi İsrafilov üçün yarım milyonluq təklif


İdman 21 İyn 2019 17:19:00 224 0

Eddi İsrafilov üçün yarım milyonluq təklif

Başa çatan mövsümün yekunlarına əsasən, elitaya vəsiqə qazanan Atletico San-Luis klubu 27 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov karyerasını Meksikada davam etdirə bilər.

Meksika təmsilçisi İsrafilovun keçidi üçün İspaniya çempionatının I divizonunda çıxış edən klubu Alcorcon-a 500 min avro transfer haqqı ödəməyə hazırdır. Onun xidmətində İngiltərə Çempionşipində mübarizə aparacaq Luton-nun da maraqlı olduğu vurğulanır.

Qeyd edək ki, Atletico San-Luis-in səhmlərinin 51 faizi İspaniyanın Atletico klubuna məxsusdur. İsrafilovun Alkorcon-la 2021-ci ilin iyununa qədər müqaviləsi var.