Napoli-də ayrılıq


İdman 20 İyn 2019 15:21:00 254 0

Napoli-də ayrılıq

Napoli-nin futbolçusu Roberto İnsinye karyerasını İtaliya B Seriyasında davam etdirəcək.

Goal.az xəbər verir ki, 25 yaşlı hücumçu Benevento klubuna transfer olunub. Bu barədə B Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. İnsinye ilə 2 illik müqavilə imzalanıb.

Napoli-nin yetirməsi olan İnsinye, son mövsümü icarə əsasında məhz Benevento-da keçirib. O, həm də Napoli-də çıxış edən Lorenso İnsinyenin qardaşıdır.