Qarabağ-ın növbəti rəqibi bəllidir


İdman 19 İyn 2019 14:13:00 216 0

Qarabağ-ın növbəti rəqibi bəllidir

Qarabağ-ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Ağdam klubu I mərhələdə Albaniyanın Partizani kollektivini mübarizədən kənarlaşdıracağı təqdirdə Dandolk (İrlandiya) / Riga (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda, II təsnifat mərhələsinin matçları isə 23-24 və 30-31 iyulda keçiriləcək.