Avropa Liqası: Qəbələ-nin rəqibi müəyyənləşir


İdman 19 İyn 2019 09:55:00 236 0

Avropa Liqası: Qəbələ-nin rəqibi müəyyənləşir

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin Liqa Yolu üçün püşkatma mərasimi keçiriləcək.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında təşkil olunacaq tədbirdə Azərbaycan təmsilçilərindən "Qəbələ"nin ilk rəqibi müəyyənləşəcək. Səpələnmişlər sırasında yer alan ölkə kubokunun sahibi mübarizəyə məhz bu mərhələdən başlayacaq. Potensial rəqiblər isə bunlardır:

"Lexia" (Qdansk, Polşa)"Dinamo" (Tbilisi, Gürcüstan) - "La Florita" (San Marino) / "Endorqani" (Andorra) cütünün qalibi"Olimpiya" (Lyublyana, Sloveniya) / "Riqa" (Latviya) cütünün qalibi"Breydablik" (İslandiya) / "Vaduts" (Lixtenşteyn) cütünün qalibi"Radniçki Niş" (Serbiya) / "Flora" (Tallin, Estoniya) cütünün qalibi

Bu komandalardan "Lexia"ya rəqib olacağı təqdirdə, "Qəbələ" 2019-2020 mövsümündə Avropa Liqasının final matçının keçiriləcəyi stadionda meydana çıxacaq.

Avropa Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq "Neftçi" və "Səbail" isə mərhələ adlayacaqları təqdirdə, səpələnməmişlər səbətində yer alacaqlar. "Neftçi" Moldova "Sperantsa"sını üstələsə, potensial rəqibləri aşağıdakılar olacaq:

"Dinamo" (Minsk, Belarus) / "Liepaya" (Latviya)"Espanyol" (İspaniya)"Laçi" (Albaniya) / "Hapoel" (Beer-Şeva, İsrail)"Atromitos" (Yunanıstan)"Arsenal" (Tula, Rusiya)

"Səbail" Universitatya" (Krayova, Rumıniya) səddini keçəcəyi təqdirdə isə

"Aris" (Saloniki, Yunanıstan)"Esbyerg" (Danimarka)"Vitoriya (Portuqaliya)"Vulverhempton" (İngiltərə)"Honved" (Budapeşt, Macarıstan) / "Jalgiris" (Vilnüs, Litva) cütünün qalibi"Partizan" (Serbiya)

ilə qarşılaşacaq. İlk oyunlar iyulun 25-də, cavab görüşləri isə avqustun 1-də olacaq. 

Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.