Real-ın futbolçusu Atletico-da


İdman 18 İyn 2019 13:51:00 302 0

Real-ın futbolçusu Atletico-da

Real-ın yarımmüdafiəçisi Markos Lyorente klubunu dəyişib.

Goal.az xəbər verir ki, 24 yaşlı futbolçu Madrid şəhərinin digər təmsilçisi Atletico-ya keçib.

Tərəflər arasında bu keçidlə bağlı danışıq olub və müsbət nəticələnib. Atletico rəhbərliyi ona komandanı tərk etməyə hazırlaşan Rodriyə layiqli əvəzləyici gözü ilə baxır. Yaxın günlərdə keçid rəsmən açıqlanacaq.

Qeyd edək ki, Real-ın yetirməsi olan Markos Lyorente 2016-17 mövsümünü icarə əsasında Alaves-də keçirib.