Kanada təmsilçisi NBA çempionu oldu - ilk dəfə


İdman 14 İyn 2019 10:38:00 221 0

Kanada təmsilçisi NBA çempionu oldu - ilk dəfə

Goal.az xəbər verir ki, final mərhələsinin 6-cı görüşündə Golden State-i 114:110 hesabı ilə məğlub edən Toronto çempion olub.

Milli Basketbol Liqasında (NBA) 2018/2019 mövsümünün qalibi müəyyənləşib.

Kanada təmsilçisi qələbə qazanmaqla ümumi hesabı 4:2 edib. Komandanın heyətində Kavay Leonard qarşılaşmanın ən yaxşı basketbolçusu seçilib. O, həlledici oyunda 22 xal və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, 1995-ci ildə yaranan Toronto komandası tarixində ilk dəfə NBA çempionu adını qazanıb.