Ruslan Abışovun yeni klubu müəyyənləşdi


İdman 13 İyn 2019 15:10:00 233 0

Ruslan Abışovun yeni klubu müəyyənləşdi

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini daha bir futbolçu ilə gücləndirib.

Goal.az klubun saytına istinadən xəbər verir ki, təcrübəli müdafiəçi Ruslan Abışovla 2 illik müqavilə bağlanıb. 

Futbolçu karyerasına “Neftçi”də başlayan Abışov, daha sonra “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter” və Rusiyanın “Rubin” klubunun uğurları üçün çalışıb. Abışovun son komandası “Neftçi” olub.

Ruslan Azərbaycan millisində keçirdiyi 55 oyunda 4 qola imza atıb