"Polşalılar Azərbaycanın üçüncü dünya olduğunu düşünürdü" - Jezniçak


İdman 13 İyn 2019 12:34:00 68 0

"Polşalılar Azərbaycanın üçüncü dünya olduğunu düşünürdü" - Jezniçak

"Qarabağ"dan ayrıldıqdan sonra yenidən "Legiya"ya qayıdacağıma ümid edirdim. Bu ehtimal 50 faiz idi. Mən istəyirdim, amma görünür onlar istəmədilər. Müxtəlif yollarla əlaqə qurmağa çalışdım, amma cavab gəlmədi".

Bunu "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak deyib.

Polşa mətbuatına müsahibə verən Plotsk "Visla"sının yeni transferi sevimli komandası "Legiya"ya dönməməsinin səbəbini açıqlayıb. O, "Visla" rəhbərliyinin münasibətinin qərarına təsir etdiyini vurğulayıb: "Başqa təkliflərim də var idi. Amma "Legiya"da olarkən orda idman direktoru kimi çalışan Marek Yojvyakın təkidi ilə "Visla"nı seçdim. Həm də Plotsk təmsilçisinin münasibəti xoşuma gəldi. Bu üzdən "Visla"nın təklifini qəbul etdim".

32 yaşlı mərkəz müdafiəçisi ölkəmizdə keçirdiyi 2 ili xoş xatirələrlə yada salıb: "Qarabağ"da iki əla il keçirdim. Azərbaycan və orda tanış olduğum insanlar haqda pis söz deyə bilmərəm. Futbolu heç də zəif deyil. İki dəfə Azərbaycan çempionu olduq, Çempionlar Liqasının və Avropa Liqasının qrupunda mübarizə apardıq. Orda hər şey gözlədiyimdən də yaxşı oldu. Yeni mədəniyyəti və gözəl Bakını tanıdım. Polşadakıların düşüncəsini dəyişdim. Çoxları oranın üçüncü dünya olduğunu düşünürdü. Ancaq reallıq fərqli mənzərəni üzə çıxardı, Azərbaycanda hər şey yaxşı idi. Hətta fərqli dinlərə inanc da narahatlıq vermirdi, insanlar əcnəbilərə qarşı mülayimdilər. Baş məşqçimiz müsəlman idi. Orda özümü əla hiss edirdim".

Jezniçak "Qarabağ"da ehtiyatda qalmasına da aydınlıq gətirib: "Əslində, "Qarabağ"da qalmaq istəyirdim. Orda yalnız mövsüm başa çatdıqdan sonra kimə yeni müqavilə təklif ediləcəyi bilinir. Bir il əvvəlki vəziyyət təkrarlandığı üçün mənfi qərar gözləyirdim. Mövsümün əvvəlində daha çox oynayırdım, amma qış fasiləsindən sonra fərqli oldu. Bu da limitlə bağlı idi. Məsələn, meydanda mütləq bir nəfər 21 yaşadək oyunçu olmalıdı. Baş məşqçi əcnəbilərin hücum gücündən daha çox yararlanmaq istəyir. "Qarabağ"ın da hücumu güclü idi. Bu səbəbdən mövsümün ikinci yarısında müdafiədə əsasən yerlilər, hücumda isə əcnəbilər çıxış etdi. Onlar mənim yerimə heç kimi gətirməyəcəklər. Çünki 3 yerli müdafiəçiləri var. Ancaq yenə də mənimlə bağlı yaxşı təəssürat yarandı. Mövsümün sonunda "Neftçi"nin baş məşqçisi Roberto Bordin mənim haqqımda soruşub. Ancaq klubun sahibi buna etiraz edib, ikinci yeri tutduqları üçün "Qarabağ"dan heç kimi almayacaqlarını bildirib. Orda keçirdiyim iki il məni xeyli sakitləşdirdi".

Polşa millisinin sabiq üzvü bir ara karyerasını bitirmək düşüncəsində olduğunu da etiraf edib: "Azərbaycandan ayrıldığım xəbəri yayılan kimi, bir neçə təklif aldım. "Visla" mayın sonunda təklif göndərdi. Müəyyən tərəddüdlərim var idi. Çünki başqa ölkələrdən də təkliflər almışdım. Avstraliyadan belə, dəvət oldu. Hətta karyeramı bitirmək barədə də düşünürdüm. Ancaq sonda "Visla"ya üstünlük verdim".

Azərbaycanda qeyri-xammal ixracının artımı davam edir like
  • 13 İyn 12:32  
Digərləri Azərbaycanda qeyri-xammal ixracının artımı davam edir

Son iki il ərzində Azərbaycanın qeyri-neft ixracı təxminən 35 faiz artıb

arrow Ətraflı
Şərikinə pul “atan” keçmiş məmurun məhkəməsi başlayır like
  • 13 İyn 12:31  
Digərləri Şərikinə pul “atan” keçmiş məmurun məhkəməsi başlayır

Ədliyyə Nazirliyinin dələduzluqda təqsirləndirilən keçmiş əməkdaşı

arrow Ətraflı
Banklarla bağlı yeni cəza növü müəyyən edilir like
  • 13 İyn 12:26  
Digərləri Banklarla bağlı yeni cəza növü müəyyən edilir

Azərbaycanda banklar və digər qurumlarla bağlı yeni cəza növü müəyyən

arrow Ətraflı
AzərbaycanRusiya sərhədində axtarış like
  • 13 İyn 12:26  
Kriminal AzərbaycanRusiya sərhədində axtarış

Azərbaycan və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əl

arrow Ətraflı
Aviadaşıyıcılarla bağlı yeni qayda ikinci oxunuşda təsdiq edildi like
  • 13 İyn 12:23  
Digərləri Aviadaşıyıcılarla bağlı yeni qayda ikinci oxunuşda təsdiq edildi

Azərbaycanın ərazisinə enəcək və ərazini tərk edəcək hava gəmisinin

arrow Ətraflı
Azərbaycanda pəhriz və uşaq qidalarının istehsalına nəzarət gücləndiriləcək like
  • 13 İyn 12:22  
Digərləri Azərbaycanda pəhriz və uşaq qidalarının istehsalına nəzarət gücləndiriləcək

Səhiyyə Nazirliyinin "Azərbaycanda qida təhlükəsizliyinin təmin edil

arrow Ətraflı
Azərbaycanda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılmasında YENİLİK qəbul olundu like
  • 13 İyn 12:21  
Digərləri Azərbaycanda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılmasında YENİLİK qəbul olundu

Azərbaycanda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağ

arrow Ətraflı
Əməkdar artistdən xəyanət edənlərə EFİRDƏ ŞOK MƏSLƏHƏT: like
  • 13 İyn 12:20  
Şou-biznes Əməkdar artistdən xəyanət edənlərə EFİRDƏ ŞOK MƏSLƏHƏT:

Bir sual verim, kişi kimi düzün de. Xanımına xəyanət eləmisən heç?

arrow Ətraflı
Baş prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin edildi like
  • 13 İyn 12:17  
Digərləri Baş prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin edildi

Baş Prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin olunub.

arrow Ətraflı
"Yanardağ" qoruğuna əcnəbi turistlər üçün giriş haqqı dəyişdiriləcək like
  • 13 İyn 12:16  
Digərləri "Yanardağ" qoruğuna əcnəbi turistlər üçün giriş haqqı dəyişdiriləcək

Avqustun 1-dən "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna

arrow Ətraflı
Aysel məşhurları da başına yığıb doğum günü keçirdi  FOTO like
  • 13 İyn 12:13  
Şou-biznes Aysel məşhurları da başına yığıb doğum günü keçirdi FOTO

Müğənni Aysel Əlizadə doğum gününü qeyd edib.

arrow Ətraflı
Qadın voleybolçularımız yenə uduzdu like
  • 13 İyn 12:13  
İdman Qadın voleybolçularımız yenə uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması növb

arrow Ətraflı
Türkiyənin 28 şəhərində əməliyyat keçirilir like
  • 13 İyn 12:11  
Digərləri Türkiyənin 28 şəhərində əməliyyat keçirilir

Türkiyənin 28 şəhərində narkotacirlərə qarşı əməliyyat keçirilir.

arrow Ətraflı
Azərbaycan-Rusiya sərhədində əməliyyat zamanı 5 tona yaxın çətənə kolu məhv edilib like
  • 13 İyn 12:06  
Digərləri Azərbaycan-Rusiya sərhədində əməliyyat zamanı 5 tona yaxın çətənə kolu məhv edilib

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqədar 13

arrow Ətraflı