Asiya kuboku-2023-ə ev sahibliyi edəcək ölkə bilindi


İdman 04 İyn 2019 20:28:00 293 0

Asiya kuboku-2023-ə ev sahibliyi edəcək ölkə bilindi

2023-cü ildə keçiriləcək Asiya kubokuna ev sahibliyi edəcək ölkə məlum olub.

Goal.az xəbər verir ki, Asiya Futbol Konfederasiyasının Parisdə keçirilən iclasında mundialın Çində təşkil olunmasına qərar verilib. Çin bununla da, ikinci dəfə Asiya kuboku turnirinə ev sahibliyi edəcək. İlk dəfə Asiya kuboku 2004-cü ildə Çində keçirilmişdi.

Asiya kuboku 4 ildən bir keçirilən turnirdir. 2019-cu ildə keçirilən son mundialın qalibi Qətər milli komandası olub.