Hazard Premyer Liqada mövsümün ən yaxşı oyunçusu seçildi


İdman 27 May 2019 19:15:00 327 0

Hazard Premyer Liqada mövsümün ən yaxşı oyunçusu seçildi

İngiltərə Peşəkar Futbolçuları Asossiasiyasının azarkeşlər arasında keçirdiyi sorğu nəticəsində ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Goal.az klubun saytına istinadən xəbər verir ki, Chelsea-nin yarımmüdafiəçisi Eden Hazard azarkeşlər arasında keçirilən sorğuya əsasən, Premyer Liqada 2018/19 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Peşəkar Futbolçular Assosiasiyasının futbolçular arasında keçirdiyi səsvermə nəticəsində isə Liverpool-un müdafiəçisi Vircil van Deyk Premyer Liqada mövsümün futbolçusu seçilmişdi.