Abramoviç Bakıya gələcək


İdman 24 May 2019 15:00:00 234 0

Abramoviç Bakıya gələcək

Chelsea-nin sahibi Roman Abramoviç Avropa Liqasının final oyununu izləmək üçün Bakıya gələcək.

Goal.az "The Sun”a istinadən xəbər verir ki,viza problemi səbəbindən Chelsea-nin Londondakı son ev matçlarını tribunadan izləyə bilməyən rusiyalı milyarder İsrail vətəndaşlığı alıb. Abramoviçin Azərbaycan səfərində məqsəd həm Chelsea-yə dəstək olmaq, həm də kluba sadiqliyini ictimaiyyətə nümayiş etdirmək istəyidir.

Qeyd edək ki, Abramoviç 2003-cü ildəChelsea-ni 140 milyon dollara alıb.