İngiltərə klubları məşqçilərini dəyişir


İdman 23 May 2019 15:00:00 233 0

İngiltərə klubları məşqçilərini dəyişir

Avropa Liqası və Çempionlar Liqasının final oyunlarından sonra iki komandanın baş məşqçisi yerlərini dəyişə bilər.

Goal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Chelsea Avropa Liqasının Bakıda keçiriləcək final qarşılaşmasında Arsenal-a qalib gəlsə belə, rəhbərlik Sarrini saxlamaqda maraqlı deyil. Tottenham-də isə Poçettino Çempionlar Liqasının finalında Liverpool-u məğlub etsələr də, komandadan ayrılmaq ehtimalının olduğunu gizlətməyib.

Məşqçilərin yerlərini dəyişə biləcəyi iddia olunur. Çünki Sarri Tottenham-in, Poçettino isə Chelsea-nin maraq dairəsindədir.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da, Çempionlar Liqasının həlledici oyunu isə iyunun 1-də keçiriləcək.