UEFA Mxitaryanla bağlı açıqlama verdi


İdman 21 May 2019 17:15:00 235 0

UEFA Mxitaryanla bağlı açıqlama verdi

UEFA İngiltərənin Arsenal klubunun futbolçusu Henrix Mxitaryanı Bakıdakı Avropa Liqasının finalına gətirməməsinə münasibət bildirib.

Goal.az "Evening Standard"a istinadən xəbər verir ki, qurumdan bildirilib ki, UEFA Mxitaryan üçüm London təmsilçisinə böyük təhlükəsizlik planı təqdim edib: "UEFA oyunçu ilə bağlı Azərbaycanın ali hakimiyyət orqanlarından təhlükəsizliyi ilə bağlı təminat alıb. Bu zəmanətlər nəticəsində hərtərəfli təhlükəsizlik planı hazırlanaraq kluba verilib. Arsenal UEFA və Azərbaycan hökumətinin bu məsələdə səy göstərdiyini qəbul edir. Biz klubun futbolçu ilə finala getməmə qərarına hörmətlə yanaşırıq".

Qeyd edək ki, Arsenal mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda Chelsea ilə qarşılaşacaq.